DƏSTƏK 24/7

‪+994 77 255 35 85‬

Səbət
  • Səbətiniz boşdur!

Səbət
  • Səbətiniz boşdur!

Səbət
  • Səbətiniz boşdur!

Giriş
0 İstəklərim
0 Müqayisə
0 Səbətə bax

Geri qaytarma siyasəti

“T-boom” mağazası Azərbaycan Respublikasının “İstehlakçı hüquqlarının qorunması haqqında” Qanununa uyğun olaraq fəaliyyət göstərir və istehlakçıların məhsulların geri qaytarılması və dəyişdirilməsi ilə bağlı hüquqlarını təmin edir.

1. Qüsurlu məhsulların geri qaytarılması və dəyişdirilməsi

Zavod qüsuru aşkar edilmiş məhsullar zəmanət müddəti ərzində geri qaytarıla və ya dəyişdirilə bilər. Bu halda istehlakçı +994772553585 nömrə vasitəsilə müraciət etməli və operatorun göstərişlərinə uyğun olaraq “T-boom” satış nöqtəsinə yaxınlaşmalıdır.
Məhsul texniki ekspertiza nəticəsində qüsurlu hesab edildiyi təqdirdə, istehlakçıya məhsulun dəyişdirilməsi və ya ödənilmiş məbləğin, o cümlədən çatdırılma xərclərinin tam şəkildə geri qaytarılması təmin edilir.
Pul vəsaiti məhsulun alındığı ödəniş üsulu ilə qaytarılır. Alıcı və ödəyici fərqli şəxslər olduqda, ödəniş sifarişi həyata keçirən şəxsə qaytarılır. “Qızıl zəmanət” mövcud olduqda, geri qaytarma həmin zəmanət şərtlərinə əsasən icra edilir.

2. Şəxsi istək əsasında məhsulun geri qaytarılması və dəyişdirilməsi

İstehlakçı məhsulu alındığı gün nəzərə alınmadan 14 (on dörd) təqvim günü ərzində geri qaytara və ya dəyişdirə bilər. Bu halda məhsul istifadə olunmamış olmalı, ticarət görünüşü, istehlak xüsusiyyətləri, zavod qablaşdırması və tam komplektasiyası saxlanılmalıdır. Elektron məhsullarda proqram təminatı quraşdırılmamalı və aktivləşdirilməməlidir.
Geri qaytarma üçün alış faktını təsdiq edən sənədin təqdim edilməsi mütləqdir.

Qablaşdırması açılmış gigiyenik məhsullar geri qaytarılmır. Geri qaytarma şərtlərinə uyğun olmayan, lakin qüsursuz məhsullar auksion mağazasında qiymətləndirilə bilər.
T-boom internet saytı vasitəsilə əldə edilmiş və istifadə olunmamış, ticarət görünüşü, istehlak xüsusiyyətləri, zavod qablaşdırması və tam komplektasiyası saxlanılan, Elektron məhsullarda proqram təminatı quraşdırılmayan və aktivləşdirilməyən məhsullar 14 (on dörd) təqvim günü ərzində geri qaytarıla və ya dəyişdirilə bilər.

3. Geri qaytarma proseduru

İstehlakçı geri qaytarma tələbi ilə +994772553585 nömrəsinə müraciət etməli və operatorun yönləndirməsinə uyğun olaraq “T-boom” satış nöqtəsinə yaxınlaşmalıdır. Məhsul texniki ekspert tərəfindən yoxlanılır. Yerində ekspertiza mümkün olmadığı hallarda məhsul servis araşdırmasına göndərilir.
Geri qaytarma şərtlərinə uyğunluq təsdiq edildikdə, məhsulun tam dəyəri, o cümlədən çatdırılma xərcləri istehlakçıya geri qaytarılır.

4. Xidmətlərin geri qaytarılması

Qüsurlu məhsulun geri qaytarılması zamanı həmin məhsula aid xidmətlər də geri qaytarıla bilər. Məhsul dəyişdirildikdə xidmət yeni məhsul üçün qüvvədə qalır. Məhsul fərqli kateqoriyadan olan məhsulla dəyişdirildikdə və ya qüsur aşkar edilmədikdə, göstərilmiş xidmətlərin dəyəri geri qaytarılmır.

5. Əlavə şərtlər

Məhsul nağdsız ödəniş üsulu ilə alındıqda, geri qaytarılacaq məbləğ satış nöqtəsi tərəfindən müvafiq banka göndərilən sorğu əsasında bank tərəfindən 14 (on dörd) iş günü ərzində istehlakçının hesabına köçürülür.

Geri qaytarma və dəyişdirmə ilə bağlı əlavə məlumat üçün İnstagram, WhatsApp +994772553585 və ya “T-boom” satış nöqtələri ilə əlaqə saxlamaq mümkündür.


It is a long established fact that a reader will be distracted by the readable content of a page when looking at its layout. The point of using Lorem Ipsum is that it has a more-or-less normal distribution of letters, as opposed to using Content here, making it look like readable English. Many desktop publishing packages and web page editors now use Lorem Ipsum as their default model text, and a search for lorem ipsum will uncover many web sites still in their infancy. Various versions have evolved over the years, sometimes by accident, sometimes on purpose (injected humour and the like).

İstənilən sual üçün zəng edin və ya bizə support@t-boom.com elektron poçt ünvanına yazın

Kateqoriyaları

Bazar ertəsi - Şənbə: 08:00 - 20:00
Bazar: 08:00 - 16:00

2026 © T-Boom, all rights reserved. Designed by //.